Bakıda evdən meyit tapıldı

9 Dekabr 2022 08:49

Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az