Bakıda kişini avtomobil vurub

9 Dekabr 2022 08:40

Bakının Sabunçu rayonunda piyadanın ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, Balaxanı qəsəbəsində avtomobil yolu keçən 1996-cı il təvəllüdlü İlyasov Mirzəməmməd Elxan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona soltərəfli sirkə kasası, qamış, mil və dizin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az