Maşın aşıb, 2 nəfər ölüb

9 Dekabr 2022 08:35

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Kamil Qaragözov və 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az