Ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb

9 Dekabr 2022 08:29

Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.

Milli.Az "report"a istinadən bildirir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az