Avtomobil piyadanı vurub

9 Dekabr 2022 08:02

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyev Ramin Füzuli oğlunu yolu keçərkən onu minik avtomobil vurub.

Yaralı ağır xəsarət alaraq Neyrocərrahiyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az