Bakıda sürücü yol vermədiyi üçün döyülüb

9 Dekabr 2022 07:48

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektinfə qeydə alınıb.

Belə ki, Koala Parkının qarşısında 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu sürücü ilə mübahisə edib.

Mübahisə zamanı o küt alətlə döyülərək baş nahiyyəsindən ağır xəsarət alıb.

O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları APA-nın əməkdaşına bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az