Yol qəzasında 35 yaşlı kişinin beli sınıb

9 Dekabr 2022 07:14

Yevlax rayonunun Səmədabad kəndində baş verən yol qəzasında 35 yaşlı kişinin bel fəqərəsi sınıb.

Milli.Az "report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ələsgərov Ramiq Oktay oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az