39 yaşlı qadın dəm qazından ölüb

9 Dekabr 2022 07:07

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.

Milli.Az