Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edəcək

8 Dekabr 2022 23:59

Avropa İttifaqı ölkə daxilində davam edən etirazların yatırılması ilə əlaqədar, həmçinin Rusiyaya hərbi texnika tədarük etməsi ilə əlaqədar İrana qarşı sanksiyalar hazırlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasını ehtiva edir.

Dekabrın 12-də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə yeni sanksiyalar paketinin imzalanacağı gözlənilir.

Milli.Az