Selin Dion nadir xəstəliyə tutuldu

8 Dekabr 2022 23:54

Kanadalı müğənni Selin Diona nadir nevroloji xəstəlik diaqnozu qoyulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o bu haqda instaqram hesabından açıqlama verib.

Dion açıqlamasında spazmlara səbəb olan, yerimə və oxuma qabiliyyətinə təsir edən sindroma yoluxduğunu bildirib:

"Təəssüf ki, spazmlar gündəlik həyatımın hər addımına təsir edir. Bəzən yeriməkdə çətinlik çəkirəm və səs tellərimi oxuyarkən normal istifadə etdiyim kimi istifadə edə bilmirəm".

Nadir nevroloji xəstəlik diaqnozu qoyulduqdan sonra Dion fevralda davam edəcəyi gözlənilən, daha əvvəl də gecikdirilmiş "Cəsarət" turunu təxirə salmaq məcburiyyətində qalıb. Dionun 2023-cü ilin yazında planlaşdırılan şouları 2024-cü ilə təxirə salınıb və yay konsertləri ləğv edilib.

5 "Grammy" və 2 "Academy" mükafatına sahib olan Dion yaddaqalan "I'm Alive" və "My Heart Will Go On" mahnıları ilə bütün zamanların ən sevilən qadın müğənnisidir.

Milli.Az