Göygöldə dəm qazından zəhərlənən şəxs ölüb

8 Dekabr 2022 22:52

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Mollacəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Mikayıl Alpaşayev Əşrəf oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az