“Real Madrid” 16 yaşlı braziliyalı üçün 72 milyon avro ödəyəcək

8 Dekabr 2022 22:02

"Real Madrid" braziliyalı Endriklə şifahi razılaşma əldə edib.

Bu barədə Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında hələ heç nə imzalanmayıb, lakin müqavilənin bütün detalları razılaşdırılıb.

Məlumata görə, "Real Madrid" "Palmeyras"a əsas məbləğ kimi 60, vergi olaraq 12, ümumilikdə isə 72 milyon avro ödəyəcək.

Kral klubu transferi dekabr ayının sonunadək yekunlaşdırmağa ümid edir.

Qeyd edək ki, 2006-cı ildə anadan olan Endrik yalnız 2024-cü ilin iyulunda, 18 yaşı tamam olanda Madrid klubuna keçə biləcək.

Milli.Az