Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib

8 Dekabr 2022 21:49

Payız əkin mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, bu gün Qəbələ, Şamaxı, Bərdə, Şabran, Sabirabad rayonlarının ümumilikdə 21 hektar meşə ərazisində Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən hər bölgənin iqlim şəraitinə uyğun 20 000 ədəd ağac tingi əkilib, 800 kiloqramdan artıq toxum səpilib.

Onun sözlərinə görə, mövsüm başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində payız əkin planına uyğun olaraq 670 mindən çox müxtəlif növ ağac əkilib, 46 ton toxum səpilib.

Milli.Az