Bakıxanovda yanğın baş verdi - FOTO

13 May 2010 12:27
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, təndir çörəyi bişirilən sexdə yanğın olub. Milli.Az xəbər portalının məlumatına görə, yanğın "Bakıxanov Ticarət  Mərkəzi" ilə üzbəüz fəaliyyət göstərən təndir çörəyi bişirilən sexdə baş verib. Yanğın güclü olduğundan ətrafda olan bir neçə dükan da yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə yanğın zamanı xəsarət alan olmayıb.

Ceyhun
Milli.Az


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------