Rusların aviabazasında ardıcıl partlayış...

8 Dekabr 2022 21:13

Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Berdyansk şəhərindəki aviabazada partlayışlar baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Aviabazada 3 güclü partlayış, ardınca isə 15 nisbətən kiçik partlayış qeydə alınıb. Nəticədə güclü yanğın başlayıb", - deyə bildirilib.

Milli.Az