"Qarabağ" Antalyada bu komandalarla qarşılaşacaq

8 Dekabr 2022 21:11

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, komandanın yanvarın 4-dən 23-nə qədər Türkiyənin Antalya şəhəhərində təlim-məşq toplanışında olacağını deyib:

"Üç yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər isə Polşanın "Poqon" və "Rakov", Serbiyanın "Çukariçki" klublarıdır" - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Misli Premyer Liqasında qış fasiləsi dekabrın 25-də başlayacaq. Mövsümün ikinci hissəsi isə yanvarın 24-də başlayacaq.

Milli.Az