Sabah Putin Bişkekdə Paşinyanla görüşəcək

8 Dekabr 2022 17:56

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Avropa İqtisadi Birliyi (AİB) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

Qeyd edək ki, dekabrın 9-da Qırğızıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Milli.Az