Dünya ulduzu sağalmaz xəstəliyə yoluxduğunu açıqladı

8 Dekabr 2022 19:44

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Selin Diona sağalmaz xəstəlik diaqnozu qoyulub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, 54 yaşlı müğənnidə əzələ ağrısı, qıcolma ilə müşayiət edilən nadir "əzələ sərtliyi sindromu" xəstəliyi aşkar edilib.
Ulduzun gələcəkdə üz əzələlərinin zədələnməsi, hərəkət və yemək yeyə bilməməsi təhlükəsi yarana bilər.

Selin göz yaşları içində sosial şəbəkə hesabında pərəstişkarlarına videomüraciət ünvanlayıb. O bildirib ki, bütün konsert turlarını xəstəliyi səbəbi ilə ləğv edib.

Milli.Az