Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı

8 Dekabr 2022 18:08

Azərbaycanda 310 minə yaxın şəkərli diabet xəstəsi var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatı mərasimində İcbari Sığorta Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb.

"Artıq çəki insanlar üçün ciddi problemlər yaradır. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk", - deyə o qeyd edib.

Milli.Az