Ermənistan bunu tezliklə Bakıya təqdim edəcək - Armen Qriqoryan

8 Dekabr 2022 15:56

Ermənistan sülh müqaviləsi layihəsinin mətni üzərində işləməyi davam etdirir və layihənin redaktə edilmiş variantı tezliklə Bakıya təqdim ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı deyib.

"Biz ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün bütün səyləri göstərəcəyik", - deyə Qriqoryan bildirib.

Milli.Az