Müğənni faciəvi şəkildə öldü

8 Dekabr 2022 17:27

Tanınmış kantri-müğənni, bəstəkar, prodüser Piter Kuper 52 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı yıxılaraq başından aldığı kəllə-beyin travması səbəbindən dünyasını dəyişib. Ölümündən bir neçə gün əvvəl onun vəziyyəti daha ağırlaşıbmış.

Qeyd edək ki, Cənubi Karolinada anadan olan Kuperin "I Love: Tom T. Hall's Songs of Fox Hollow" filmi üçün səsləndirdiyi musiqilər nəticəsində layihə "Qremmi"yə layiq görülüb.

Milli.Az