Bakıda ər küçədə keçmiş arvadını öldürdü - FOTO

8 Dekabr 2022 19:22

Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında qətl hadisəsi törədilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Qəribova Raminəni çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Baş Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində  1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

Milli.Az