İlham Əliyev Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Edi Ramaya hədiyyə edib - FOTO

8 Dekabr 2022 14:18

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu Albaniyanın Baş naziri Edi Ramaya hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.

Milli.Az