UNESCO-nun Ermənistanın cinayətlərinə qarşı susqunluğu sorğulanmalıdır - Aygün Attar

8 Dekabr 2022 13:10

Ermənistan işğal etdiyi Azərbaycan torpağında günahsız insanları qətl etdi. İnsanlarla birlikdə, insanlıq üçün ortaq mirasımız olan mədəni irsimizi də qətl etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün "Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar deyib.

O qeyd edib ki, bütün bunlar elə miraslardı ki, bunları mənəvi olaraq qarşılayan heç bir dəyər yoxdur.

"UNESCO 30 il cinayət törədən Ermənistanla bağlı hansı qərarı aldı? Biz bunu sorğulamalıyıq. 30 il Ermənistana və onun himayədarlarına səs çıxarılmayıb. Azərbaycan 1 milyon məcburi köçkünləri ilə birgə bu travmanı yaşayıb. Bir dövlət, xalq qısa bir müddətdə bu travmanı aradan qaldırıraq Qarabağı yenidən bərpa edir", - deyə o bildirib.

Milli.Az