Ankaradan İrəvana uçuşlar başlayır - TƏFƏRRÜAT

8 Dekabr 2022 12:54

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi aşağı templərlə davam edir. Hava yük uçuşlarının başlanması üçün işlər başa çatıb.

Milli.Az xəbər verir ki, "Hürriyet"in əldə etdiyi məlumata görə, iki ölkə arasında uçuşlar 2022-ci ilin sonuna qədər başlayacaq. Beləliklə, Gürcüstan üzərindən Ermənistanda satılaraq piştaxtaları dolduran türk malları birbaşa hava yükü ilə bu ölkəyə daşına biləcək. Üzərində çalışılan digər məsələ isə Alican Sərhəd Qapısının açılması və üçüncü ölkə vətəndaşlarının iki ölkə arasında səyahət etməsinə icazə verilməsidir. Lakin yolda 128 metr uzunluğunda körpü var.

Təhlükəsiz keçid üçün bu körpünün təmirə ehtiyacı var. Mövzu ilə bağlı bir neçə həftə əvvəl ekspertlər səviyyəsində görüş keçirilib. Lakin bölgədə qışın sərt keçməsi ilə əlaqədar bununla bağlı konkret addımların daha bir qədər vaxt aparacağı gözlənilir. Bir müddət sonra iki ölkə arasında birbaşa ticarət üçün aşağı səviyyəli texniki araşdırmalar artıq başlayıb.

Azər Nuriyev
Milli.Az