SEPAH generalından sarsaq bəyanat: yenə də yenidən

8 Dekabr 2022 11:50

İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepahe Enqelabe İslami İran", SEPAH) ali baş Komandanının müavini, general-mayor Əli Fədəvi yenə sərsəmləyib desək, yanılmarıq.

Milli.Az xəbər verir ki, onun Twitter-dəki hesabında yazdığına görə, guya Azərbaycan İrandan Qacar şahlarının səriştəsizliyi ucbatından ayrılıb:

"Qacar şahlarının səriştəsizliyi ucbatından Azərbaycan İrandan ayrılıb. Azərbaycan xalqı 70 illik kommunist hakimiyyətinin təzyiqi altında öz həqiqi şiə əqidəsini itirməmiş mömin şiədir. Bir qayda olaraq, Azərbaycanın bu şiə çoxluğuna xüsusi diqqət yetirən hökumət olmalıdır".

General-mayor Əli Fədəvi İsfəhan və Şəhid Racai universitetlərini bitirib.

Əvvəllər SEPAH-ın Hərbi-Dəniz Qüvvələri komandirinin müavini, daha sonra 8 il HDQ-nin komandanı olub.

2016-2018-ci illərdə SEPAH-da baş koordinatorun müavini, 2018-ci ildən bəri isə SEPAH komandanının müavinidir.

Milli.Az