Fransa Azərbaycanı TƏHDİD ETDİ - Firənglərin erməni sevdası AĞINI ÇIXARDI

8 Dekabr 2022 12:02

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 il ərzində Azərbaycanı aldatdı, Bakının başının altına yastıq qoymaqla məşğul oldu. Bu müddət ərzində rəsmi Paris Qarabağın işğalını əbədiləşdirmək üçün əlindən gələni etdi. 44 günlük Vətən müharibəsi ilə beynəlxalq hüququn tələb etdiyi şəkildə öz ərazi bütövlüyünü təmin edərək Ermənistanın uzun illik işğal siyasətinə son qoyan Azərbaycan Fransanın əsl simasını daha aydın şəkildə görməyə başladı.

Emanuel Makronun müharibənin gedişində Azərbaycan əleyhinə BMT Təhülkəsizlik Şurasında qətnamənin qəbul edilməsi istiqamətindəki canfəşanlığı, Bakıya vaxtaşırı etdiyi təhdidlər heç bir nəticə vermədi. Əvəzində Azərbaycan haqq savaşındakı tarixi zəfərini taclandırmaq məqsədilə xarici əlaqələrini geridə qalan 2 il ərzində daha da gücləndirdi, ətrafına yeni tərəfdaşlar, müttəfiqlər toplamaqla beynəlxalq təşkilatlarda Parisin Bakı əleyhinə qətnamələrinin qəbul olunması istiqamətindəki fəaliyyətini bloklamaq yolunu tutdu və bu gün də bu siyasəti davam etdirir. 

Əli ətəyindən uzun olan E.Makron isə "Əli aşından da, Vəli aşından da" olduğunu görüncə ölkə Senatında Bakının əleyhinə Qətnamənin qəbulu məsələsini gündəmə gətirməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı təhdid olan sənədin qəbulu məsələsini sürətləndirdi və qəbul etdirdi. Bu addımla Fransa höküməti göstərmiş oldu ki, onun üçün beynəlxalq hüquq, başqa bir dövlətin suveren ərazisinə hörmət anlayışı sadəcə öz işinə yaradığı məqamlarda ön plana çıxır. Paris bu qərarla bir daha dünya siyasətinin üz qarası olduğunu nümayiş etdimiş oldu. 

Hər kəsin ilin son ayında Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşkilatıçılığı ilə Brüsseldə Əliyevlə Paşinyanın növbəti və sülh yolunda həlledici hesab etdiyi görüşü gözlədiyi bir məqamda Fransa yenidən proseslərə barmaq etməkdə tərəddüd etmədi. 

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı dekabrın 7-ə planlaşdırılan Brüssel görüşünün baş tutumayacağını açıqladı. Azərbaycan Prezidenti Makronun bu görüş üçün növbəti istəyini ürəyində qoydu. Paşinyan növbəti Brüssel görüşündə Makronsuz iştirak etmək istəmədiyini bildirdiyi üçün İlham Əliyev bu görüşün baş tutmayacağını ADA-da təşkil edilən beynəlxalq konfransda açıq bəyan etdi. 

Praqa görüşündə özünü Şarl Mişelin moderatorluğu ilə keçirilən Ermənistan-Azərbaycan dövlət başçılarının üçtərəfli görüşünə birtəhər pərçimləyən Fransa Prezidentinin "sülhməramlı missiyası" həmin tarxidən sonra Azərbaycan əleyhinə səsləndirdiyi fikrilərə, qəbul etdiyi qərarlara görə elə bu görüşlə də bitdi. 

Belə görünür ki, Bakının qərarı ilə tanış olduqdan, Azərbaycanın sülh danışıqlarında haqlı olaraq Fransanın bu qədər qərəzli, ikili standartlara əsaslanan, ermənipərəst siyasətindən, qətnamə və qərarlarından sonra iştirakının yersiz olduğunun Azərbaycan tərəfindən qeyd edilməsi Emanuel Makronu Bakı-Brüssel əlaqələrinə qarşı Aİ missiyası ətrafında məkirli oyununu işə salmaq məqsədilə yeni planlar çizməsinə səbəb olub.

Belə ki, Fransa yenidən qərara gəlib ki, Azərbaycan ərazisində hələ də mövcud olan separatçı rejim qalıqlarının legiytimliyi məsələsini gündəmə gətirmək, onların "müstəqillik" niyyətini qabartmaq məqsədi ilə xunta rəhbəri Araik Arutyunyana qapılaraını taybatay açsın, zingilsitisini bütün dünyaya duydurmaq üçün imkan yaratsın. Elə bu məqsədlə də Araik Fransaya yollanıb. Bu yolla Azərbaycana təzyiq etməyə çalışan Fransa tərəfi növbəti dəfə beynəlxalq hüququn ərazi bütövlüyünə riayət edilməsi və dövlətlərin daxili işlərinə qarışmaması ilə bağlı prinsiplərini kobud şəkildə pozdu.

Beləcə, Qarabağdakı xunta rejimin lideri Araik Arutyunyan Fransa Senatında olub, burada "Sarsax"ı tanıyan və Azərbaycanı pisləyən, əsassız ittihamlar edən, biabırçı qətnamə hazırlayıb səs verən ermənipərəst senatorlar tərəfindən qəbul edilib və rəğbətlə qarşılanıb.

Belə görünür ki, öz ərazi bütövlüyünə, dövlətçiliyinə hörmət edən bir çox ölkələrin utanc verici hesab etdiyi məsələni fransız parlamentariləri şərəfli hesab edirlər. Bu azmış kimi eyni zamanda, Arutyunyan fürsətdən istifadə edərək, oradakı çıxışlarında Parisin özünün beynəlxalq öhdəliklərinə zidd olan təxribatçı bəyanatlar verməkdə davam edib.

Bundan başqa, Fransa tərəfi separatçı ünsür üçün geniş media platforması təqdim edərək, ona özünü reklam etmək və beynəlxalq səviyyədə tanınmamış sərhədlərin yenidən cızılması və "etnik uyğunsuzluq"la bağlı ideyaların təbliği üçün imkan yaradır. Ən gülünc olanı isə Fransanın dövlətə bağlı "France 24" kanalında Arutyunyanın qondarma xunta rejiminin prezidenti kimi göstərilməsi məqamıdır. 

Fransa bu addımla növbəti dəfə sübut etdi ki, əslində bütün dünyanın mübarizə apardığı radikal separtizmi dəstəkləyir. Əslində bunu Fransa Senatının ardınca Milli Assambleyasının da qəbul etdiyi qərəzli qətnamə də təsdiq edir. 

Rəsmi Parisin bu gün öz ölkəsinin maraqlarını bir ovuc erməni lobbisinin maraqları üzərində qurması, milli maraqlarını erməni siyasətinə qurban verməsi Fransa adına utancvericidir. Emanuel Makron hazırda xalqının dövlətinin uzunillik xarici və daxili siyasi mübarizədə qazandığı dəyərləri radikal separatçılar üçün ayaqlar altına atır. Terrorçu, işğalçı, təcavüzkar siyasət aparan ölkəni hər cür dəstəkləmək və özünə ən yaxın tərəfdar seçməklə Fransa əslində beynəlxalq hüququ heçə saydığını, separatizmi dəstəklədiyini sərgiləyir.

Fransanın indi də Araik üçün geniş meydan açması və bu istiqamətdəki fəaliyyətləri bölgədə sülh prosesini zərbə altına qoyur, Cənubi Qafqazda təhlükəsiz mühitin formalaşmasına mane olur. Bunu Rəsmi Paris çox yaxşı anlayır. 

Maraqlıdır, müharibə cinayətlərində təqsirli olan bir şəxs Avropanı necə belə rahat, əlini-qolunu yanına sallayaraq gəzə bilər və nifrət, etnik dözümsüzlük, eləcə də beynəlxalq səviyyədə tanınmış sənədlərə yenidən baxılmasını təşviq edən müsahibələr verə bilər axı?

Təəssüf ki, rəsmi Bakı bu gün özünə qarşı çirkab oyunu tək Fransadan yox, elə burnumuzun ucunda hər kəsi uzun illər "şiə qardaşı", "İslam dövləti" adı ilə aldadan molla rejimində də müşahidə edir. Nəzərə alsaq ki,  Azərbaycan həm İranın, həm də Fransanın keçmiş hakimiyyətləri ilə yüksək səviyyəli münasibətlərə sahib olub, bu fakt özü bir daha onu göstərir ki, Bakı heç vaxt ikitərəfli əlaqələrin pozulmasında maraqlı olmayıb.

Hazırda isə Azərbaycan İran və Fransanın mövcud hakimiyyətlərinin Bakıya qarşı dəyişən siyasi ritorikasına adekvat davranışlar sərgiləmək məcburiyyətindədir. Bu gün sözügedən dövlətlərin yeni ermənipərəst rejimləri Bakıya qarşı aqressiv siyasət yürütdüyü üçün eyni cavabı alırlar.

Amma İran Ermənistanı sürətli şəkildə silahlandırmaqdan, Qarabağa gizli yollarla diversantlar göndərməkdən, Fransa isə Azərbaycan əleyhinə, onun ərazi bütövlüyünə təhdid olacaq addımlardan qəti sürətdə çəkinməlidir. Bu ermənipərəst rejim rəsmiləri Cənubi Qafqaza, xüsusilə Azərbaycana baxışlarını dəyişməlidirlər. Onlar 44 günlük müharibə ilə Azərbaycanın regionda yaratdığı yeni reallıqları ya qəbul edəcəklər, ya da Ermənistanı əbədi itirəcəklərini bilməlidirlər. Azərbaycanla hər hansı bir hədə-qorxu, təhdid dili ilə danışmaq olmaz. 

İndi Azərbaycan ona qarşı qəbul olunan qətnamələrə də, hədə-qorxulara da, hərbi təhdidlərə də eyni dillə cavab verir.

Başqa seçim buraxmadılar.

Təhməz Əsədov
Milli.Az