Dövlət Sərhəd Xidmətinin Akademiyasında baş verən yanğında İranın əli var?

8 Dekabr 2022 11:56

SEPAH-ın Qüds qanadına bağlı və Qasım Süleymaninin adını daşıyan "Hajqhasem" Telegram kanalı qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Rza Abbasinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin binasında baş verən yanğınla bağlı paylaşımını dərc edib.

Milli.Az-ın xəbərinə görə, "ekspert" sözügedən yanğının dolayısı yolla İranın işi olduğunu söyləmək istəyib. O, Azərbaycan bayrağının içərisindən alov və İranın "Shahed" dronunun çıxmasına dair şəkil paylaşıb:

"Bakının mərkəzində Əliyev ordusuna məxsus binada "təsadüfi" yanğın baş verib. Şübhəsiz ki, Əliyev "təsadüfi" yanğınlara vərdiş edəcək və biz bunun şahidi olacağıq"

Milli.Az