"Bu problem hər platformada dilə gətirilməlidir, göz ardı edilməməlidir” - Zeynep Gül Ünal

8 Dekabr 2022 10:53

Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir.

Bunu bu gün ADA universitetində keçirilən beynəlxalq konfransdan sonra Trend-ə özəl açıqlamasında ICOMOS-un vitse prezidenti Zeynep Gül Ünal deyib.

O qeyd edib ki, ərazilərin minalanması beynəlxalq sistemdə diqqət edilməsi gərəkən bir məsələdir.

"Təəssüf ki, minalar dünyanın hər yerində müharibələrdə istifadə edilən bir vasitədir.

Qarabağda ərazilərin minalanması insanların öz torpaqlarına geri dönməsini ləngidir. Hər platformada bu problem dilə gətirilməlidir, göz ardı edilməməlidir",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün ADA Universitetində Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu" mövzusunda beynəlxalq konfrans keçirilir.

Milli.Az