Mədəni sərvətlərin qorunması daim gündəmdə olan bir məsələdir - Anar Kərimov

8 Dekabr 2022 09:38

Mədəni sərvətlərin qorunması daim gündəmdə olan bir məsələdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün "Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu" mövzusunda Beynəlxalq Konfransda çıxışı zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, Vətən Müharibəsində qələbimiz nəticəsində 30 il ərzində didərgin salınan mədəniyyətimiz geri döndü.

"Şuşanın mədəniyyət payxtaxtına çevrilməsi mədəniyyətimizin geri dönüşünün rəmzinə çevrilib". 

Milli.Az