ABŞ-a köçən aparıcı Rüfətin Meksika TƏTİLİ - FOTO

8 Dekabr 2022 13:51

Uzun illər əvvəl Azərbaycandan ABŞ-a köçən ATV-nin keçmiş aparıcısı Rüfət Ağayev Meksikaya tətilə yollanıb.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, isti-qızmar Meksika sahillərində istirahətin dadını çaxaran Rüfət həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb.  

Ağayev yayımladığı şəkillərə "Bu uzun tətil mənim üçün köhnə iş rejimimdən ayrılmaq, yeni və köhnə dostlarla əlaqə saxlamaq, axmaq səhvlər etmək, yeni dərslər öyrənmək, parlaq insanlarla tanış olmaq, yeni perspektivlər görmək, ilham almaq, yeni vərdişlər inkişaf etdirmək və Vaşinqton DC-dən darıxmaq üçün əla fürsət oldu",- deyə şərh yazıb.  

Qeyd edək ki, okeanın o tayına köçən R.Ağayev dünyaca məşhur onlayn alış-veriş şirkəti "Amazon"da çalışır. 

Milli.Az