"Selcan Hatun" Bakıda - FOTO

8 Dekabr 2022 16:52

Sonuncu dəfə "Kuruluş Osman" serialında "Selcan Hatun" obrazını canlandıran Didem Balçın Bakıya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Çakallarla dans 6" filminin qala gecəsi üçün Bakıya təşrif buyurub.

Paytaxtımızı gəzən Balçın fotolarını sosial şəbəkədə paylaşıb.

Rəqqasə-aktrisa Oksana Rəsulova da sənətçiylə gecədə bir araya gəlib.

Milli.Az