Elməddinin ölüm xəbərini kimlər yayıb?

8 Dekabr 2022 11:34

Aktyor Elməddin Cəfərov onun ölüm xəbərini yayanlar barədə danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda o, "Xəzər axşamı" verilişində qonaq olarkən deyib.

Elməddin bildirib ki, bəziləri onun sosial şəbəkələrdə aktiv olmamasından istifadə edərək bu cür xəbərlər yayır:

"Mən sosial şəbəkələrdə yoxam, bundan istifadə edirlər. Bir ara verilişlərə də qonaq getmirdim, düşünürlər ki, yəqin, bu ölüb. Gündəmdə olmamaq cəhətdən "ölmüşdüm", amma onlar bunu ciddi qəbul edib xəbər yazmışdılar... O qədər ciddiyə almıram bu söhbəti".

Milli.Az