Kiyev Rusiyaya sanksiya tətbiq edilməsini istəyir

8 Dekabr 2022 08:13

"Bu gün Cozep Borrelə məktub yazaraq Rusiyanın raket istehsalına sərt sanksiyalar tətbiq edilməsini təklif etdim".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba tviter hesabında paylaşıb.

O bildirib ki, Rusiya Ukraynada mülki obyektlərə zərbə endirəcək bütün imkanlardan məhrum edilməlidir.

Milli.Az