“Mən Pyotrun mübarizəsini gerçək etdim”

8 Dekabr 2022 08:03

Rusiya Prezidenti Vladimir Putin bu gün Prezident Aparatı yanında insan haqları şurasının üzvləri qarşısında çıxış edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Putin görüş zamanı özünü çar I Pyotr ilə müqayisə edib:

"Gizlətməyəcəm, Azov dənizi də Rusiyanın daxili dənizi oldu. Hələ çar I Pyotr Azov dənizinə çıxış üçün mübarizə aparırdı. Mən isə bunu gerçək etdim".

Milli.Az