Tarkan Yeni il səhnəsi üçün bu məbləği tələb etdi

8 Dekabr 2022 08:00

Türkiyənin məşhur "Kanal D" kanalı müğənni Tarkana Yeni il buraxılışında səhnəyə çıxmağı təklif edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənətçi isə televiziya kanalından 14 milyon lirə (1 276 664 AZN) tələb edib.

Qeyd edək ki, ötən ay Yeni ildə Kiprdə səhnəyə çıxacaq Tarkanın alacağı qonorar açıqlanmışdı. Onun çıxışı üçün 1 milyon avro (1 652 772 AZN) alacağı bildirilirdi.

Milli.Az