Rusiya Donetskə hücum etdi - Ölənlər və yaralılar var

7 Dekabr 2022 21:38

Rusiyanın Donetsk vilayətinin Kuraxove şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib.

"Avtobus dayanacağında, yanacaqdoldurma məntəqələrində və yaşayış binalarında yanğın baş verib. Ən azı 6 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb. Rusiya bunun əvəzini ödəyəcək", - deyə prezident qeyd edib.

Milli.Az