Braziliyanın müstəqilliyinin 200 illiyinə həsr olunmuş konsert keçirilib - VİDEO - FOTO

7 Dekabr 2022 14:54

Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakıda keçirilən "I Braziliya klassik musiqi festivalı" çərçivəsində Braziliya Federativ Respublikasının müstəqilliyinin 200 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbirin əvvəlində Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Manuel Monteneqro çıxış edib.

Daha sonra Azərbaycan Dövlət Fortepiano Triosunun solistləri - Azərbaycan Respublikasının Əməkdar artistləri Töhfə Babayeva (violin), Elnarə Kəbirlinskaya (piano), Səbinə İbrahimova (violonçel) tərəfinfən Eytor Vila-Lobos -Piano üçün 2 nömrəli trio (I,II hissələr), 7 nömrəli "İmproviso", Lui Galle - 1 nömrəli "Romans" əsərləri dinləyicilərə təqdim edildi.

Konsert Azərbaycan Dövlət Simli Kvartetinin solistləri - Azərbaycan Respublikasının Əməkdar artistləri Ceyla Seyidova (violin), Soltan Məmmədova (violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel) ifasında Fransisko Mignon - 2 nömrəli simli kvarteti ilə sona çatdı.