"Su və rəng ahəngi 2022” adlı akvarel sərgisi Xətai Sənət Mərkəzində açıldı

7 Dekabr 2022 12:55

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası dəstəyi ,Beynəlxalq Suluboya cəmiyyəti Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə elan olunmuş ənənəvi "Su və rəng ahəngi 2022" adlı akvarel sərgisi Xətai Sənət Mərkəzində açıldı.

Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı.Söz alan sənətşünaslıq üzrə Fəlsəfə doktoru ,Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev , Beynəlxalq Suluboya cəmiyyəti Azərbaycan nümayəndəliynin sədiri Səbinə İskəndər ,Azərbaycan Dövlət Rəsm Qalereyası müzey və ekspasiya şöbəsinin müdiri Elçin Hüseyn sərgi haqqında öz təəsüratllarını bölüşdülər. Sonda sərgi iştirakçılarına sertivikatlar təqdim olundu.

Nəzərinizə çatdırırıq ki,mövzusu Azərbaycan olan "Su və rəng ahəngi 2022" adlı akvarel sərgisi ölkəmizdə akvarel janrının inkişafına dəstək və bu texnika ilə çəkilmiş əsərlərə ictimai maraqın artırılmasına xidmət məqsədi ilə elan olunmuşdur.

Sərgidə iştirak etmək üçün 100-dən çox rəssam 250-dən çox əsəri ilə müraciət etmiş,76 rəssamın 100 əsəri sərgilənmək üçün seçilmidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az