İran PUA-ları yenidən Ukrayna səmalarında

7 Dekabr 2022 09:44

Rusiya "Şahid" PUA-ları ilə Ukraynanın Dnepr şəhərinə yenidən hücum etməyə başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı sosial şəbəkə istifadəçiləri məlumat paylaşıblar.

Məlumatı Dnepropetrovsk vilayətinin Şura sədri Mikola Lukaşuk da təsdiqləyib.

Qeyd edək ki, Rusiya artıq bir neçə həftədir Ukraynaya hücumlarda "Şahid"dən istifadə etmirdi.

Milli.Az