Vatsapda çoxdan gözlənilən funksiya

7 Dekabr 2022 10:17

Vatsap növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilib ki, artıq yaxın vaxtlarda mesencerin tək baxışlı mesajlar funksiyası istifadəyə veriləcək. Bu yenilikdə göndəriləcək mətnli mesajlar, fotolar və ya videolara yalnız bir dəfə baxmaq mümkün olacaq. 

Bununla yanaşı, qarşı tərəf ona göndərilən mesajları yadda saxlamaq, başqa birinə göndərmək və ya onun fotosunu çəkə bilməyəcək.

Hazırda sözügedən funksiya "Android" əməliyyat sistemi ilə çalışan cihazlarda test edilir.

Milli.Az