Kral III Çarlza bir ayda ikinci dəfə yumurta atıldı

7 Dekabr 2022 09:14

Britaniya polisi çərşənbə axşamı Böyük Britaniya kralı III Çarlzın London yaxınlığındakı Luton şəhərində (Bedfordşir) gəzinti zamanı ona yumurta atan şəxsi saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunur ki, hadisədən dərhal sonra kral təhlükəsizlik işçiləri tərəfindən şəhərin mərkəzinə toplaşan izdihamdan uzaqlaşdırılıb. Qısa müddət sonra 74 yaşlı monarx ictimaiyyət nümayəndələri ilə əl sıxmağa davam edib.

Xatırladaq ki, bu, II Elizabetin ölümündən sonra sentyabrın 8-də taxta çıxan III Çarlzla bağlı ikinci belə hadisədir. Noyabrın 9-da İngiltərənin şimalındakı York şəhərində naməlum şəxs monarx və onun həyat yoldaşı Kraliça Kamillaya yumurta atıb. Daha sonra polis tərəfindən saxlanılan şəxs "Bu ölkə qulların qanı üzərində qurulub" deyə qışqırıb.

Milli.Az