Min dollara 36 qoyun...
13 May 2010 12:16
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Qapanlı kəndində baş verib. Kənd sakini Cahangir Məmmədov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 36 baş qoyunun naməlum şəraitdə oğurlandığını bildirib.
Keçİrilən tədbirlər nəticəsində Qapanlı kənd sakini 26 yaşlı Elmar Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Elmar Rüstəmov ilkin dindirmə zamanı cinayəti törədərkən sərxoş olduğunu və oğurladığı qoyunları Gəncə sakini Namiq Rzayevə 1000 ABŞ dollarına satdığını bildirib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az