Bakıda 32 yaşlı kişini avtomobil vurub

7 Dekabr 2022 07:35

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abbasov Hüseyn Füzuli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az