Avtomobil piyadanı vuraraq öldürüb

7 Dekabr 2022 07:07

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Yaqubov Sarvan Sarab oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən İmişli Rayon Xəstəxanasına aprılıb və orada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az