Sinan Akçıl evlənir

6 Dekabr 2022 23:56

Türkiyəli müğənni Sinan Akçıl şəxsi həyatıyla bağlı danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o verilişlərin birində "4 dəfə kəbin kəsdirmişəm, bundan sonra isə nikah masasına əyləşəcəm" deyə, söyləyib. Akçıl həmin xanımların kim olduğunu isə açıqlamayıb.

Qeyd edək ki, müğənni hazırda Aleyna Kalaycıoğluyla sevgilidir. S.Akçıl daha öncə iki dəfə də Burcu Kıratlıyla ailəli olub.

Milli.Az