Asiyalı aktrisa ilin ikonası seçildi

6 Dekabr 2022 23:54

"Time" jurnalı "Geyşanın xatirələri", "Əyilən pələng", "Gizli əjdaha" və "Hər yerdə, bir anda" filmləri ilə məşhurlaşan malayziyalı aktrisa Mişel Yeonu 2022-ci ilin ikonu seçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin saytında məlumat paylaşılıb.

O, Asiya kinosunda populyar olsa da, 2021-ci ildə ekranlara çıxan "Hər yerdə, bir anda" filminin premyerasından sonra Hollivudda da şöhrət qazanıb.

Qeyd edək ki, Daniel Şaynert və Den Kvanın filmi aktrisaya Oskar qazandıra bilər.

Milli.Az