Aİ səfiri “Tərtər işi” üzrə bəraət verilməsindən danışdı

6 Dekabr 2022 22:38

""Tərtər işi" üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviter səhifəsində paylaşıb.

"Bu iş üzrə yeni istintaq cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər",-deyə səfir vurğulayıb.

Qeyd edək ki, bu gün Baş Prokurorluq "Tərtər işi" üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması barədə məlumat yayıb.

Milli.Az