Kanadanın Ontario əyalətində kiçik təyyarə magistral yola düşüb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Lankaster şəhəri yaxınlığında baş verib. "Cessna 150" təyyarəsində olan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yerdə xəsarət alan olmayıb.
Onun hadisə yerindən 17 km aralıda, qonşu Kvebek əyalətində yerləşən kiçik hava limanından havaya qalxdığı məlum olub.
Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.
Milli.Az