Qadın imam ərini məsciddə başqa biri ilə tutdu

6 Dekabr 2022 22:34

Sipahilər kəndinin imamı Yusif Ziya adlı şəxs məscidin içərisindəki imam otağında başqa bir qadınla çılpaq şəkildə tutulub.

Həyat yoldaşının uzun müddət məsciddən geri dönmədiyini görən qadın anası ilə birlikdə məscidə gələrək, imam otağına basqın edib. Daha sonra qarşılaşdığı mənzərə qarşısında şok keçirib.

"Həyat yoldaşım gəlməyincə şübhələndim və məscidə getdim. Otağa basqın etdim, anam da arxamca gəldi. Aramızda qarşıdurma oldu. Daha sonra səsimizə əsgərlər (jandarma qrupları) gəldi" - deyə, qadın bildirib.

"Sözügedən otağa girəndə əsəbiləşdim və hirsimdən qadına bir-iki sillə vurdum. Sillə vurduğumu görən həyat yoldaşım, bilmirəm bunu necə etdi, amma məni yerə yıxdı. Yenidən ayağa qalxıb qıza tərəf döndüm. Yaranmış vəziyyəti danışmaq istəyəndə razılığa gələ bilmədik və yenidən dava düşdü" - deyə, o, sözlərinə davam edib.

Milli.Az